Qalxan uçot dərəcəsi bank sektoruna təsir edirmi? – PAŞA BANKDAN AÇIQLAMA
Mərkəzi Bank hər üç aydan bir makroiqtisadi sabitliyin əsas aləti olan uçot dərəcəsi ilə bağlı qərar çıxarır və onu ictimaiyyətə açıqlayır.
Uçot dərəcəsinin artmasının bank sektoruna təsiri varmı?
ENA.az-ın bununla bağlı sualını cavablandıran Paşa Bank-ın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib ki, bu təsirlər artıq hiss edilməyə başlayıb. Belə ki, banklararası bazarda, not hərraclarında faizlərin artım dinamikası baş verib.
“Paşa Bank pərakəndə bank deyil, fiziki şəxslərdən cəlb edilən vəsaitlərimiz o qədər yüksək deyil. Ancaq biz görürük ki, faktiki pərakəndə bankçılıqda və korporativ müştərilərdə də uçot dərəcəsi qalxan kimi ümumi gözlənti yaranır ki, faiz dərəcəsi yuxarı qalxmalıdır. Əlbəttə, bu daha çox manata aiddir. Amma burada dollar və digər valyutalara baxanda, orada da artım müşahidə edirik. Çünki Avropa Mərkəzi Bankı və FED tərəfindən uçot faiz dərəcələri artırılıb”.