Bank

AccessBank 2022-ci il üzrə audit hesabatını açıqladı

AccessBank PricewaterhouseCoopers beynəlxalq audit şirkəti tərəfindən təsdiqlənmiş və Beynəlxalq Maliyyə Hesabat Standartlarına (MHBS) cavab verən 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Göstəricilər ilə tanış olmaq üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

2022-ci ilin sonunda bankın xalis mənfəəti 20.5 milyon manat təşkil edib.

Hesabata əsasən, 31 dekabr 2022-ci il tarixinə bankın aktivləri 1127.6 milyon manat təşkil edib ki, onun da mühüm hissəsi kredit portfelində cəmləşib – 70.1%.

Bankın kredit portfeli 32.3% artaraq 790.8 milyon manata çatıb. 2021-ci illə müqayisədə kredit portfelinin artması hesabına xalis faiz gəlirləri də 26.0 milyon manat və ya 46.1% artıb.

Ümumi depozit portfeli 24.9% artaraq 883.6 milyon manat təşkil edib.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (FacebookInstagramLinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department