Sığorta

Xaricə səfər edənlərdən nə qədər sığorta haqqı toplanıb?

Xaricə səfər edənlərin sığortası üzrə yanvar-aprel aylarında 1 milyon 559 min manat həcmində sığorta haqqı toplanıb.

ENA.az xəbər verir ki, baş vermiş sığorta hadisələri ilə bağlı ödənişin məbləği isə 84,4 min manat olub.

Başqa sözlə, yığılan sığorta haqlarının 5,4%-i ödəniş şəklində geri qayıdıb.

Azərbaycan Mərkəzi Bankının məlumatlarına görə, 2022-ci ilin birinci rübündə xaricə səfər sığortası 627.1 min manat olduğu halda, 2023-cü ilin birinci rübündə 1.148.1 min manat olub. Yəni xaricə səfərlərin artım dinamikası ilə yanaşı, sığorta yığımları da 54,6% artıb.  

Ödənişlərin yığımlardakı nisbəti də artıb. 2022-ci ilin bu dövründə yığımların 4%-i ödənişlərə getdiyi halda, 2023-cü ildə 5.9% təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)