Azərbaycan hökuməti inflyasiya proqnozunu artırdı
Azərbaycan hökuməti 2023-cü ildə orta illik inflyasiya və ÜDM-in artım proqnozuna yenidən baxıb.
ENA.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, “Yenilənmiş proqnoza əsasən cari ildə orta illik inflyasiya 10,4% təşkil edəcək ki, bu da əvvəlki proqnoza nəzərən 3,5 faiz bəndi çoxdur.
“Yenilənmiş makroiqtisadi proqnozlara əsasən 2023-cü ildə ÜDM-in real ifadədə 1,8% (əvvəlki proqnoz 2,7%) artmaqla 111,6 milyard manata (əvvəlki proqnoz 106 milyard manat), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9% (əvvəlki proqnoz 4,5%) artmaqla 77,7 milyard manata (əvvəlki proqnoz 73,3 milyard manat) çatacağı proqnozlaşdırılır.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6%, o cümlədən qeyri-neft sektoru 9.1% artıb.
Ötən il Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.