Elm və Texnologiya

“YouTube” sirkəti “Stories” funksiyasını dayandırır

Dünyanın ən populyar video xidməti olan YouTube, yeni istifadəçiləri cəlb etmək və mövcud istifadəçiləri və məzmun yaradıcılarını saxlamaq üçün müntəzəm olaraq müxtəlif funksiyalarla sınaqlar keçirir. Bütün yeni məhsullar uğurlu deyil və indi şirkət onlardan birinin bağlanacaöını elan edib. Xəbər ilk olaraq Tech Crunch tərəfindən veriib.

YouTube bu il iyunun sonunda Hekayələr funksiyasını rəsmi olaraq bağlayır. Hekayələr istifadəçilərə öz kanallarında qısa videolar paylaşmağa imkan verən və 2017-ci ildən bəri mövcud olan və məzmun yaradıcıları üçün sınaq kimi istifadəyə verilmiş bir xüsusiyyətdir. Bu funksiya böyük uğur göstərmədiyi üçün şirkət tərəfindən bağlanılır.

Bu qərarın başqa bir səbəbi Shorts kimi alətə, yəni şaquli formatda qısa videolar yaratmaq və onlara baxmaq imkanına diqqət yetirilməsidir. 2020-ci ildə təqdim edilən bu xüsusiyyət gündə 15 milyard baxış sayı ilə uğurlu olub. YouTube nümayəndələri iyunun sonuna kimi istifadəçilərə Hekayələri Shorts-a köçürmək üçün alətlər təqdim edəcəklərini vəd edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)