BİZNES

Michelin Rusiyadakı şin biznesi satıb

Moskva yaxınlığındakı avtomobil şinlərinin istehsalı ilə məşğul olan Michelin şirkəti Rusiyadakı biznesini satıb. Bu barədə  istehsalçı açıqlamasında bildirib.

Rusiya aktivlərinin alıcısı Power International Tyres (Power International Tyres MMC) olub. 

Əməliyyatın məbləği açıqlanmır. Müqavilə 250 iş yerinin saxlanmasını nəzərdə tutur. Məlumatda deyilir ki, şirkətin Rusiyadan çıxması ilə bağlı bütün xərcləri (on milyonlarla avro) 2022-ci ildə nəzərə alınıb.

Michelin Rusiya bazarında 1997-ci ildən fəaliyyət göstərir. Moskva vilayətindəki zavodun istehsal gücü ildə minik avtomobilləri üçün 2 milyon təkərə qədərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)