“Dövlət Sosial Müdafiə Fondu”nu “KPMG" yoxlayacaq
“Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxs fondun Aparat və digər struktur bölmələri üçün 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi üçün elan etdiyi tenderə yekun vurub. ENA.az xəbər verir ki, tenderin qalibi “KPMG AUDİT Azerbaijan” MMC seçilib.
www.tender.gov.az portalında göstərilir ki, şirkətlə 341,02 min manat məbləğində müqavilə bağlanıb.