Almaniya iqtisadiyyatı geriləyib
Almaniya iqtisadiyyatı ilin birinci rübündə 0.3 faiz geriləyib.
Bu barədə Almaniya İqtisadi Tədqiqat İnstitutu məlumat verib.
İnstitutun prezidenti Marsel Fratsşer bu il ölkəsində 6 faiz inflyasiya olduğunu deyib.
Onun sözlərinə görə, ötən il inflyasiya 8 faiz təşkil edib.
Ekspertlər ötən ilin sonuncu rübündə ümumdaxili məhsulun 0.5 faiz azaldığını deyiblər.
Qeyd edək ki, Almaniya avrozonaya daxil olan 20 ölkədən biridir.
Hazırda 1 avro 1.07 dollara satılır.