Yaşıl enerjiyə qoyulan investisiya neftə yatırımları ötür
“Əgər bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr son illərdəki templə artmağa davam etsə, yaxın zamanlarda tamamilə yeni enerji sisteminin yaranacağını görəcəyik”.
ENA.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb. Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol bildirib ki, 2023-cü ildə yaşıl enerji texnologiyalarına investisiya qoyuluşu gündə 1 milyard dollara çatacaq və beləliklə, ilk dəfə olaraq neft hasilatına qoyulan investisiyanı üstələyəcək.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2023-cü ildə yaşıl enerjiyə illik sərmayələr 1,7 trilyon dolları ötəcək ki, bu da 2021-ci illə müqayisədə 24 faiz çoxdur. Neft-qaz sahəsində illik xərclərin isə 15 faiz artaraq 1 trilyon dollara çatacağı gözlənilir.