Türkiyə faiz dərəcələrini sabit saxladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) prezident seçkilərinin ikinci turu öncəsi keçirdiyi iclasda uçot faizini 8,5 faiz səviyyəsində sabit saxlamağa qərar verib.
Qərarın mətnində “Sənaye istehsalındakı sürətlənmənin və məşğulluğun artması tendensiyanın qorunub saxlanması baxımından zəlzələdən sonra maliyyə şərtlərinin dəstəklənməsi daha da əhəmiyyət kəsb etdi. Bu çərçivədə İdarə Heyəti uçot faizini sabit saxlamağa qərar verdi. Komitə bu qənaətdədir ki, pul siyasəti mövqeyi qiymət sabitliyini və maliyyə sabitliyini qorumaqla zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kifayətdir"- deyilir.