Dörd ayda ixracın 91%-ini neft-qaz məhsulları təşkil edib
2023-cü ilin 4 ayında Azərbaycanın ixracı 12 mlrd. 584 mln. 813 min dollar olub. ENA.az ixrac statistikasına əsasən xəbər verir ki, bunun 11 mlrd. 397 mln. 594 min dollar dəyərində hissəsini neft-qaz sektoruna daxil olan mallar təşkil edib.
Bu isə faizlə ixracın 91 faizini təşkil edir.
Rəqəmlər göstərir ki, xam neft və neft məhsullarının ixracı 6 mlrd. dollar həcmində olub və neft-qaz sektoruna daxil olan mallarda təxminən ixracın 47%-ni təşkil edib.
Təbii qaz satışı isə 5 mlrd. 418 mln. 535 min dollar təşkil edib. Bu isə neft-qaz sektoruna daxil olan mallar üzrə 43% paya malikdir.