Bank

Azərbaycanın dövlət bankı audit hesabatını açıqladı

Azərbaycanın ən iri dövlət bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC 2022-ci il üçün audit hesabatını açıqlayıb. ENA.az bankın Beynəlxalq Maliyyə Hesabatları Standartları (BMHS) üzrə hesabatına istinadən xəbər verir ki, bankın aktivləri 14 milyard 177,619 milyon manat təşkil edib. Bu, 2021-ci ilin göstəricindən 20,6% çoxdur. Birləşmiş hesabata əsasən, ABB-nin kredit portfeli 14,9% artaraq 3 milyard 401,058 milyon manat olub. 

Bankda pul vəsaitin həcmi 21,4 azalaraq 5 milyard 375,211 milyon manata düşüb. 

Bankın öhdəlikləri 23% artıb və 12 milyard 357,256 milyon manata bərabərdir. Hesabat dövrünün sonuna ABB-nin depozitlərinin həcmi 29,4% yüksələrək, 11 milyard 252,021 milyon manat təşkil edib.

31 dekabr 2022-ci il tarixinə ABB-nin kapitalı 1 milyard 820,363 min manat təşkil edib. Bankın nizamnamə kapitalı 1,3% artaraq 1 milyard 225,648 milyon manata bərabərdir.
ABB 2022-ci ili BMHS üzrə 288,782 milyon manat məbləğində xalis mənfəətlə başa vurub ki, bu da 2021-ci ilin göstəricisindən 2,1 dəfə çoxdur.

Xatırladq ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 92,56%, dövlətin payı – 96,37% təşkil edir. Bankın səhmdarları 18 hüquqi və 1759 fiziki şəxsdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)