Gələn ay üçün iş və istirahət günlərinin yerləri dəyişdirildi - QƏRAR
![](https://ena.az/uploads/news/2023-05/_ena_3c8277a65148f674f76c91c79_o.jpg)
Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 26 iyun Silahlı Qüvvələri Günü, iyunun 28, 29-u isə Qurban bayramı günləridir.
1-2 iyul şənbə-bazara təsadüf etdiyindən 26 iyun - 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günü olacaq.