Gündəm

Çavuşoğlu: Ərdoğanın yenidən prezident seçilərsə ilk səfər edəcəyi xarici ölkə Azərbaycan olacaq

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçiləcəyi təqdirdə ilk hansı ölkəyə səfər edəcəyi məlum olub.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçiləcəyi təqdirdə ilk səfər edəcəyi xarici ölkə Azərbaycan olacaq: "Təbii ki, hər zaman ilk ziyarət Azərbaycan və Şimali Kipr Respublikası olur. Həmişə belə olub".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)