Hesabatlar

“Facebook” reklamdan nə qədər qazanıb?: - YENİ HESABAT

Amerikanın sosial şəbəkəsi -“Facebook” 2018-ci ilin 4-cü rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb. 

"BI" Rusiya mətbuatına istinadən xəbər verir ki, hesabata görə, şirkətin reklamdan gəlirləri ötən il 55 milyard dolları keçib. 2017-ci ildə isə bu rəqəm 39,9 milyard dollar olub. 2018-ci ilin 4-cü rübündə isə göstəricilər 16,6 milyard dollara çatıb. Bu isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 30%-lik böyümə deməkdir. 

Reklam gəlirlərinin böyük hissəsi mobildən gəlib. 2018-ci ilin 4-cü rübündə mobildən gələn gəlirlər reklamdan gələn gəlirlərin ümümi payında 93% təşkil edib. 2017-ci ilin analoji dövründə mobildən gələn gəlirlərin payı daha az 89% olub. Bu o deməkdir ki, gəlirlərin əsas drayveri yenə də mobil olaraq qalır. 

Sosial şəbəkənin xalis mənfəəti illik 39% artaraq 22,2 milyard dollara yüksəlib. 4-cü rüb ilə bağlı göstəricilər isə 6,9 milyard dollar olub. 2017-ci ilin analoji dövründə isə adıçəkilən göstərici 4,3 milyard dollar qeydə alınmışdı. Aktiv istifadəçilərin illik artımı 9% olub və 1,5 milyard nəfərə yüksəlib. Hesabatda qeyd olunub ki, bütün aktiv kompaniyalarda “Facebook”, “Instagram”, “WhatsApp” və yaxud “Messenger”də ümumi istifadəçi bazası 2,7 milyard nəfərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)