Vakansiyalar

Kontakt Home işçi axtarır - MAAŞ 1700-2000 AZN

"Kontakt Home" Korporativ hüquqşünas vəzifəsinə işçi axtarır.

 Son tarix 22 iyn 2023 

Vəzifə öhdəlikləri:

  • Təqdim olunan müqavilələrin, o cümlədən xarici elementli müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, digər hüquqi sənəd layihələrinə dair rəy vermək;
  • Yerli və xarici təchizatçılar tərəfindən təqdim edilmiş forumların, anketlərin doldurulması və cabalandırılması;
  • Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
  • Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
  • Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
  • Aidiyyəti məsələlərə dair hüquqi rəyləri hazırlamaq;
  • Rəhbərinin qanuni göstərişlərini icra etmək, fəaliyyəti ilə bağlı mütəmadi olaraq hesabat vermək.
  • Qanunvericiliyə və əmək müqaviləsinə zidd olmayan müxtəlif digər hərəkətləri icra etmək.

Tələblər:

  • Ali hüquq təhsili;
  • Korporativ hüquq və müqavilə hüququ sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, rus dillərində sərbəst işləmək bacarığı, ingilis dili biliyi arzu olunandır;
  • Mülki hüquq sahəsində dərin biliklər;
  • Korporativ hüquq, müqavilə hüququ institutları sahəsində mükəmməl nəzəri və praktiki biliklər;
  • Hüquqi fiksiya yürüdə bilmək;
  • Məsuliyyətlilik, ünsiyyətçilik, stressə davamlılıq və inkişafa meyillilik;
  • Təmkinlə və stabil işləmə bacarığı;
  • Konfliktə meyillilikdən uzaq olmaq.

İş şəraiti:

  • İş qrafiki: I-V günlər, 09:00-18:00;
  • Əmək haqqı: 1700-2000 AZN.

Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)