Sığorta ödənişləri üzrə liderlər - SİYAHI
2023-cü ilin yanvar-aprel aylarında sığortaçılar tərəfindən sığorta hadisələri ilə bağlı kompensasiyaların ödənilməsinə 134 milyon 601,68 min manat xərclənib. Bu vəsait 2022-ci ilin 4 ayı ilə müqayisədə 44,1% çoxdur.
ENA.az xəbər verir ki, sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 102 milyon 501,9 min manat (artım 1,6 dəfə) və ya bazarda bütün sığorta ödənişlərinin 76,2 faizini təşkil edib. Bununla yanaşı, həyat sığortası üzrə ödənişlər 71 milyon 538,6 min manat (artım 2,4 dəfə), qeyri-həyat sığorta üzrə ödənişlər 30 milyon 963,3 min manat (azalma 3,5%) olub.
İcbari sığorta növləri üzrə ödənişlər 32 milyon 99,7 min manat (artım 3,3%) təşkil edib. Hesabat dövründə sığortaçılar ən çox OSAGO (30 milyon 630,75 min manat), yaşam (71 milyon 61,59 min manat) və tibbi sığorta (22 milyon 747,87 min manat) üzrə ödəniş ediblər. Ümumilikdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazarda bütün sığorta ödənişlərinin 92,5%-ni təmin edib.
Bununla yanaşı, yanvar-aprel aylarında yaşam sığortası ödənişləri 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2,4 dəfə artıb. 2023-cü ilin yanvar-aprel aylarında ödənişlərin həcminə görə ilk 5 sığorta şirkətləri aşağıdakılardır:
“PAŞA Həyat Sığorta” – 62,761 milyon manat,
“PAŞA Sığorta” – 24,134 milyon manat,
Xalq Sığorta – 8,278 milyon manat,
“Atəşgah Həyat Sığorta” – 7,651 milyon manat
“Atəşgah Sığorta” 577 milyon manat
Ümumilikdə yanvar-aprel aylarında sığortaedənlərin sığorta haqlarının 80,7%-i bu 5 şirkətin payına düşüb.