Sosial iqtisadiyyat

Azərbaycanda ən yüksək və ən aşağı pensiya olan rayonlar - SİYAHI

2023-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1101.9 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10.9 faizini təşkil edir. Onların 63.5 faizi yaşa, 23.7 faizi əlilliyə, 12.8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16.2 faiz artaraq 432.3 manat təşkil etmiş və orta
aylıq əməkhaqqının 48 faizinə bərabər olub.

Paytaxt Bakıda orta aylıq pensiya məbləği 589 manat 35 qəpik olub. Bakıdan sonra ən yüksək orta aylıq pensiya Zəngilanda verilib. Bu rayonda orta aylıq pensiya məbləği 394 manat 47 qəpik olub. Zəngilandan sonra ən yüksək pensiyanın verildiyi şəhər və rayonlar arasında İsmayıllı (389 manat), Naxçıvan (387.61 manat), Şirvan (377.97 manat) ilk sırada yer alıblar.

Pensiyaçılara verilən ən aşağı pensiya məbləği Sabirabad rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 300 manat 19 qəpik olub. Aşağı pensiyanın verildiyi rayonlar arasında Ağdaş (300.47 manat) və Xaçmazdır (331.79 manat)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)