Aqrar

Qeyri-neft məhsullarımızı alan ölkələr hansılardır? - SİYAHI

2023-cü ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 187,218 milyon dollar təşkil edib.  bu, keçən ilin eyni dövrü ilə müqayisədə 20,5% çoxdur.

ENA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, qeyri-neft ixracının 34,15%-i və ya 405,445 milyon dolları (21,5% artım) Türkiyənin payına düşüb. Qeyri-neft ixracının həcminə görə ikinci yerdə Rusiyadır - 285,22 milyon dollar (аrtım 48,8%), xüsusi çəkisi - 24,02% təşkil edir.

Üçlüyə 142,564 milyon dollar (artım 2,3 dəfə) həcm və xüsusi çəki – 12,01% olmaqla Gürcüstan daxildir.

Azərbaycanın qeyri-neft məhsulları ixcar etdiyi TOP-12 ölkələrin sırası belədir:

İsveçrə – $49,171 milyon (аzalma 3,6%),

Qazaxıstan - $34,451 milyon (artım 2,6 dəfə),

Türkmənistan - $27,481 milyon,

Ukrayna - $27,277 milyon,

İtaliya - $19,46 milyon,

Belçika - $18,156 milyon,

Özbəkistan - $15,418 milyon,

Rumıniya - $15,253 milyon

Almaniya - $13,348 milyon.

 

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi 5 milyar dollara qədər artacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)