“Paşa Bank” Qarabağda fəaliyyətə başlayan sahibkarlara kredit verib
“Paşa Bank” Qarabağda fəaliyyət göstərən sahibkarlara 132 milyon manat həcmində kredit verib.
ENA.az xəbər verir ki, Bank bundan əlavə Qarabağdakı yenidənqurma işlərinə 7 milyon manat həcmində ianə etdiyini açıqlayıb.
Qeyd edək ki, Bank ümumilikdə 2022-ci ildə 2 milyard 700 milyon manat həcmində kredit portfelinə sahib olub və bu kreditlərin 2 milyard 300 milyon manatı biznes kreditləridir.