Baş infeksionist: "Coca - Cola", "Fanta" və "Pepsi" kimi içkilərdən uzaq durun

"Əhaliyə "Coca - Cola", "Fanta" və "Pepsi" kimi içkilərdən uzaq durmağı tövsiyə edirəm".
"BI" xəbər verir ki, bunu Real TV-yə müsahibəsində respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Baş infeksionist qeyd edib ki, bu içkilər insanların orqanizmi üçün zərərlidir və bədənin immunitetini aşağı salır.