Mərkəzi Bank daha bir BOKT-un lisenziyasını ləğv etdi
Azərbaycan Mərkəzi Bankı daha bir bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.
Məlumata görə, lisenziyası ləğv edilən “Union Kredit” BOKT ASC-dir.
“Union Kredit” ASC 2011-ci ilin martında təsis edilmişi və həmin ilin oktyabrında lisenziya (BKT-7) almışdı.
“Union Kredit” 2021-ci ili 115 min 571 manat zərərlə başa vurmuş və öhdəlikləri 26.2% artaraq 279 min manata çatıb, balans kapitalı isə mənfi, yəni kəsr 205 516 manat olmuşdu. (ətraflı)