Bank

Mərkəzi Bankın sədrinə müşavir təyin edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımova yeni müşavir təyin edilib.

Məlumata görə sədrin əmri ilə, Vüqar Fərman oğlu Əliyev Mərkəzi Bankın sədrinin müşaviri  təyin edilib.

Beləliklə, müşavirlərin sayl ikiyə yükslib. Digər müşavir Abdulla Məlik-Aslanovdur.

Vüqar Əliyev kimdir?

  • 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1997-ci ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 1999-cu ildə həmin universiteti “Beynəlxalq hüquq” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
  • 2004-cü ildə Böyük Britaniyanın “Association of Chartered Certified Accountants” (ACCA) təşkilatının həqiqi üzvü, 2009-cu ildə həmin Assosiasiyanın fəxri üzvü (FCCA) adına layiq görülmüşdür.
  • 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Hüquq elmləri namizədi” alimlik dərəcəsi almışdır.
  • Əmək fəaliyyətinə 1995-ci ildə ingilis dili tərcüməçisi vəzifəsində başlamışdır.
  • 1996-cı ildə “Price Waterhouse” Azərbaycan şirkətində audit üzrə köməkçi, 1998-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində audit üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir.
  • 1999-cu ildə “PricewaterhouseCoopers” Türkiyə, İstanbul ofisində biznes üzrə məsləhət xidmətləri şöbəsində baş mütəxəssis vəzifəsini icra etmişdir.
  • 2000-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin meneceri, 2003-cü ildə baş meneceri, 2006-cı ildə isə direktoru vəzifəsinə təyin edilmişdir.
  • 2006-2009-cu illərdə “PricewaterhouseCoopers” Rusiya şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin direktoru və Rusiyanın şimal-qərb regionu üzrə Maliyyə sektorunun Lideri vəzifəsini icra etmişdir.
  • 2009-cu ildə “PricewaterhouseCoopers Central and Eastern Europe” şirkətinin Partnyoru vəzifəsinə təyin edilmiş və 2009-2011-ci illərdə “PricewaterhouseCoopers” Azərbaycan şirkətinin rəhbərlərindən biri və Qafqaz regionu üzrə Maliyyə sektorunun Lideri vəzifəsini icra etmişdir.
  • 2011-ci ildə “KPMG CIS” şirkətinin Partnyoru və “KPMG” Azərbaycan şirkətinin İdarəedici partnyoru vəzifələrinə təyin edilmişdir. 20182022-ci illərdə “KPMG” Azərbaycan şirkətinin biznesin inkişafı üzrə partnyoru vəzifəsində çalışmışdır.
  • 2016-2022-ci illərdə “KPMG”-nin Rusiya şirkətində Partnyor, Rusiya və digər MDB ölkələri üzrə Maliyyə sektorunun Lideri və KPMG Rusiyanın Management Consulting bölümünün Rəhbəri vəzifələrini icra etmişdir.
  • 2023-cü ilin aprel ayından Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
  • Ailəlidir, iki övladı var.
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)