Elm və Texnologiya

Whatsapp-da Telegram-dakı kimi kanallar istifadəyə veriləcək

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Whatsapp-da Telegram-dakı kimi kanallar yaratmaq və onlara abunə olmaq mümkün olacaq. Verilmiş yeni məlumata əsasən messencerin şirkət daxilindəki kanallara sahib test versiyası yenilənib. Yenilənmiş versiyaya isə kanallarla bağlı çoxlu sayda yeni funksiya əlavə edilib.

Whatsapp daxilində reallaşdırılacaq kanallar Telegram-dakı kanalların təqdim etdikləri funksionallıqları təklif edəcəklər. Kanalları messencer daxilində onların adları və qısa ünvanları vasitəsilə axtarıb tapmaq mümkün olacaq. Bununla yanaşı istifadəçilər Whatsapp-dakı kanallara abunə ola və abunə olduqları kanallarla bağlı yenilikləri əldə edəcəklər. Messencerin kanallara sahib test versiyasına əlavə edilmiş yeniliklər aşağıdakılardır.

- Kanallar üçün rəsmi təsdiq ikonunun əldə edilməsi

- Kanal barəsində şikayətlərin moderatorlara bildirilməsi

- Hər hansısa kanal daxilində istifadəçinin messencerdəki ləqəbi ilə tanınması

- Kanal adının alt hissəsində onun sahib olduğu abunəçilərin sayının dairəvi şəkildə əks olunması

- Kanalın sahib olduğu abunəçilərin dəqiq sayının kanal barəsində təsvir səhifəsində əks olunması

- Kanallardakı yeni paylaşımlar barəsində gələn bildirişlərin ayrıca düymə vasitəsilə deaktiv edilməsi.

    Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, hər bir kanal fəaliyyət göstərdiyi mövzu barəsində ətraflı məlumatı əks etdirəcək səhifəyə və kiçik ünvana sahib olacaq. İstifadəçilər kiçik ünvana keçid edərək kanala abunə ola biləcəklər. Üstəlik kanallar mesajların mübadiləsi üçün nəzərdə tutulmuş tam formatlı interfeysi əldə edəcəklər. Whatsapp daxilində kanalların ictimai beta testinə nə zaman start veriləcəyi və messencerin stabil versiyasına nə zaman inteqrasiya ediləcəyi bilinmir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)