Azərbaycana gələn pul köçürmələri artmaqda davam edir

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 442,1 milyon dollar həcmində pul baratları daxil olub. ENA.az Azərbaycan Mərkəzi Bankinın istinadən məlumat verir ki, bu ötən ilin eyni dövründəkindən 1,8 dəfə çoxdur.
“2023-cü ilin yanvar-mart aylarında ölkəyə daxil olan pul baratları ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,2% artaraq 442,1 milyon dollar təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Pul baratlarının daxil olduğu ölkələrin siyahısına isə Rusiya rəhbərlik edir.