HI-TECH

Şotlandiyada sərnişin daşıyacaq ilk pilotsuz avtobusların sürəti 75 km/s olacaq

Sərnişin daşımalarını həyata keçirəcək ilk pilotsuz avtobuslar Şotlandiyada marşruta buraxılıb. ENA.az xəbər verir ki, saatda 75 kilometrədək sürətlə hərəkət edən beş pilotsuz avtobus həftədə 10 min sərnişinə xidmət göstərəcək.

Bu barədə BBC News-un məlumatına görə, həmin avtobuslarda iki nəfərdən ibarət ekipaj üzvü çalışır. Onlardan biri yola və göstəricilərə nəzarət edir, digəri isə bilet satır və sərnişinlərə yardım göstərir.

Şotlandiyanın paytaxtı Edinburqla yerləşən Fife dairəsi arasındakı 21 kilometrlik marşrut üzrə saatda 75 kilometrədək sürətlə hərəkət edən beş pilotsuz avtobus həftədə 10 min sərnişinə xidmət göstərəcək. Bu avtobuslar hökumət tərəfindən maliyyələşən və rəsmən qeydiyyatdan keçən ilk pilotsuz marşrut kimi tarixə düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)