Avtomobil

Azərbaycan sürücülük vəsiqələri xaricdə tanınacaq

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.

Oxu.Az məlumat verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin (MM) bu gün keçirilən yaz sessiyasının ilk plenar iclasında müzakirə olunub.

Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.

Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)