Bank

"Xalq Bank"ın investisiya qoyduğu qurumlar- Siyahı

“Xalq Bank” ASC-nin başqa qurumlarda 42 milyon 397 min manat həcmində investisiyası mövcuddur.

ENA.az xəbər erir ki, bu investisiyaların 1 milyon 683 min manatı “Bakı Ayaqqabı-2” ASC də, 250 min manatı “Azərbaycan Kredit Bürosu”nda, 40 min manatı “Millikart” MMC-də, 4 min avro Swift sisteminin aksiyasında 420 min manati “Xalq Kapital” MMC-də 40 milyon manatı “Xalq əmlak”MMC-də yerləşir.

Xalq Bankın sonuncu investisiyası 2021-ci il sentyabrın 17-də, “Xalq əmlak” MMC-yə olub.

Hazırda Bank “Xalq Kapital” MMC, “Xalq əmlak” MMC-də 100%, “Bakı Ayyaqqabı”da isə 98.45% paya malikdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department