Türkiyədəki seçkilərə beynəlxalq reaksiyalar
Kreml: Rusiya rəhbərliyi nəticələr hər nə olsa da, Türkiyə xalqının seçiminə hörmət edəcək
Rusiya rəhbərliyi Türkiyədə keçirilən prezident və parlament seçkilərini yaxından izləyir və nəticələr hər nə olsa da, Türkiyə xalqının seçiminə hörmət edəcək.
ENA.az xəbər verir ki, Kremlin ötən gün Türkiyədə keçirilən seçkilərin nəticəsinə reaksiyası belə olub.
Dmitri Peskov Türkiyə ilə əməkdaşlığın davam edəcəyini, daha da dərinləşib genişlənəcəyini gözlədiklərini bildirib.
“Türkiyədə yetişkin demokratiya var. Güclü, suveren ölkədir. Şəffaf demokratik seçkilər keçirməyə və istənilən qanunsuz əməlin qarşısını almağa qadirdir. Bundan şübhəmiz yoxdur” – deyə Peskov vurğulayıb.
Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden isə Türkiyədə kimin dövlət başçısı seçilməsindən asılı olmayaraq dünyanın bu bölgəsində kifayət qədər problemin olduğunu deyib.
Qeyd edək ki, seçkilərin ilkin nəticəsinə əsasən, Rəcəb Tayyib Ərdoğan, təxminən, 49.50 faiz, onun əsas rəqibi Kamal Kılıçdaroğlu 44.89 faiz səs toplayıb.
Namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün 2 həftə sonra seçkilərin ikinci turu keçiriləcək.