Nazir: Azərbaycanın sənaye parkları və sənaye zonalarına sərmayələr 4 milyard dolları ötəcək
Hazırda Azərbaycanın sənaye parkları və sənaye məhəllələrində 66 müəssisə fəaliyyət göstərir. ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bugünkü tvitində məlumat verib.
“Sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manatdan ($4,17 milyard) çox olan 128 müəssisə qeydiyyatdan keçib. Onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb (investisiya – 6,5 milyard manat təşkil edir). Mövcud layihələr üzrə 600 milyon manata yaxın investisiya yatırılması, 4,800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - Cabbarov sosial şəbəkə hesablarında yazıb.