Azərbaycan Türkiyədən “Kaan” milli döyüş təyyarəsi almaq istəyir
“Türkiyə Azərbaycan və Pakistanla “Hürkuş” təlim-məşq təyyarələri ilə bağlı müzakirələr aparır”.
Bunu Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir “TGRT Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə “Hürkuş”larla bağlı daha çox dost və qardaş ölkələrlə əməkdaşlığa üstünlük verir: “Əlbəttə, ölkədən daha çox, həmin dövlətlərin məsələyə münasibəti, səmimiliyi bizim üçün maraqlıdır. Eyni zamanda həmin ölkələr “Kaan” milli döyüş təyyarəsi ilə bağlı layihələrə də ortaq olmaq və almaq istəyirlər”.
Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, “Hürkuş” təyyarələri dost və qardaş ölkələrə də ixrac ediləcək.