Sosial iqtisadiyyat

Əhali ticarət mərkəzlərindən nə alıb?

Bu ilin dörd ayında əhali ticarət şəbəkələrindən 16 milyard 407,9 milyon manatlıq istehlak malları alıb. ENA.az satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına baxsaq, alınan məhsulların 9 milyard 458,7 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları olub. 6 milyard 949,2 milyon manatlıq qeyri-ərzaq malları alınıb.

Nəticədə yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,7%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 13%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7%-i avtomobil benzini və dizel yanacağının, 4,4%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 404,7 manatlıq, o cümlədən 233,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,4 manatlıq qeyri-ərzaq malları alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)