Sosial iqtisadiyyat

Mikayıl Cabbarov: "Son 4 ildə ölkədə əmək müqavilələrinin sayı 361 mindən çox artıb"

2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 361 mindən çox artıb.

ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Bu müddətdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 313 mindən çox artıb və demək olar ki, dövlət sektorundakı bu göstərici ilə bərabərləşib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)