Saxta veb-səhifələr yaratmaqla vətəndaşların bank və digər fərdi məlumatları ələ keçirilir - Dövlət Xidməti
![](https://ena.az/uploads/news/2023-05/_ena_25cfd794896f35bfcdd6d92ae_o.jpg)
Elektron Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, kiberdələduzlar iTicket.az adından saxta veb-səhifələr yaradaraq, həmin veb-səhifələr vasitəsilə vətəndaşların bank və digər fərdi məlumatlarını ələ keçirirlər.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, şübhəli veb-saytlarda hər hansı fərdi məlumatlarını daxil etmədən əvvəl brauzerin ünvan xanasındakı internet ünvanına nəzər yetirərək qurumun və ya şirkətin rəsmi veb-saytı olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edir.