MALİYYƏ

BitCoin ucuzlaşır

Son günlər Bitcoin (BTC) üçün xəbərlər heç də ürəkaçan deyil. ENA.az xəbər verir ki, son 24 saat ərzində Bitcoin 0.51% ucuzlaşıb.

1 Bitcoin aprel aynda 30.7 min dollara qalxdığı halda, 11 may tarixində 27.5 min dollarda qərarlaşıb.

Bu, Azərbaycan manatı ilə 46.7 min AZN deməkdir.

Kriptovalyutaların meydana çıxdığı dövrdən günümüzə qədər daim enmə-qalxma yaşayan BİTCOİN(BTC) dəyər itirsə də, bir anda yenidən yüksələ biləcəyini də nəzərdən qaçırmamaqda fayda var.

Nigar Abbasova
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)