Bank

Ən çox daşınmaz əmlak kreditini hansı banklar verib? - CƏDVƏL

Bu ilin birinci rübü üzrə ölkəmizdəki 25 bankın daşınmaz əmlak portfeli 3 milyard 124 milyon manatdır. ENA.az xəbər verir ki, 9 bankın bu portfelinin həcmi 100 milyon manatı keçir.

ENA.az xəbər verir ki, liderlər siyahısına isə Azərbaycan Beynəlxalq Bankı rəhbərlik edir. Bu bankın portfeli 974 milyon manatdır.

Son illər göstəricilərində geriləmə ilə diqqətçəkən Bank BTB-nin də bu sahədə müştəri bazası kifayət qədər genişdir və hətta bank ilk beşlikdə 4-cü sıradadır, kreditlərin məbləği isə 167 milyon manat təşkil edir.

Bank sektorunda daha az riskli kredit kateqoriyasına daxil olan daşınmaz əmlak üçün verilən borclanmada əhalinin daha məsuliyyətli davranışı diqqət çəkir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department