Bakıda yolların və səkilərin təmiri üçün 2,5 milyon manatlıq tender keçirilib

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtda məhəllədaxili yollar və səkilərin asfalt ortüyünün təmirinə 2,5 milyon manat xərcləyəcək. ENA.az xəbər verir ki, bununla bağlı qurum tender elanı yerləşdirib.
www.etender.gov.az - dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata əsasən, artıq tenderin qalibi seçilib.
“XEZER-CONSTRUCTION” MMC ilə 2 milyon 508,631 min manat məbləğində müqavilə bağlanıb. Müqavilə üzrə işlərin yerinə yetirilmə müddəti 9 aydır.