Elm və Texnologiya

Apple smartfonların satışından rekord qazanc götürdü

Mobil telefon istehsalçıları bazarında lider olan Apple şirkəti bu ilin birinci rübü üzrə maliyyə hesabatını təqdim edib.

Hesabata əsasən, şirkət rekord həcmdə mənfəət əldə edib. Şirkət smartfonlar ilə bağlı 51.33 milyard dollar qazanc götürüb. Beləliklə, şirkətin iPhone-lar sahəsi 2%-lik yüksəliş göstərib. Smartfonlar Apple şirkətinin ümumi mənfəətinin 54%-ni təşkil edib.

Lakin Mac kompüterlərinin satışlarında eniş qeydə alınıb. Mac kompüterlərinin satışlarına gəldikdə isə 31% aşağı düşüb və 94.8 milyard dollar təşkil edib. Mac kompüterləri satışlarından əldə etmiş olduğu ümumi mənfəət 7.17 milyard dollar təşkil edib. Şirkətin iPad planşetlərinin satışları aşağı düşsə də, Mac kompüterlərində olduğu kimi kəskin olmayıb. Belə ki, planşetlərin satışları 13% aşağı düşüb və şirkətə ümumilikdə 6.67 milyard dollar mənfəət qazandırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)