BİZNES

"Azesteel Company" ASC-yə yeni sədr TƏYİN EDİLDİ

Abdullayev Nəvahid İsmayıl oğlu "Azesteel Company" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin yeni sədri seçilib.

Modern.az xəbər verir ki, bununla bağlı qərar "Azesteel Company" Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının ümumi yığıncağında verilib. 

Biznes proseslərinin qurulması üzrə ekspert kimi tanınan Nəvahid Abdullayev bu təyinata qədər metal məmulatlarının istehsalı ilə məşğul olan bir neçə iri istehsalat müəssələrində rəhbər vəzifələr tutub.

Şirkətin yeni rəhbərinin son iş yeri Azərbaycanda metal məhsullarının topdan satışı ilə məşğul olan "Bığır Supply Company" MMC olub, o bu şirkətin direktoru vəzifəsində çalışıb. Qətər və Hindistanda 8 ilə yaxın iş təcrübəsi var.

Ailəlidir, üç övladı var. İngilis, rus dillərində sərbəst danışır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)