Naxçıvanda xidmət rəisi işdən çıxarıldı
Naxçıvanda daha bir vəzfəli şəxs işdən çıxarılıb.
ENA.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti Publik hüquqi şəxsinin rəisi işdən azad olunub.
Xidmətin rəisi Əli Hüseynəliyev bu gün vəzifəsindən azad edilib.
Bu vəzifənin icrası müvəqqəti olaraq rəis müavini Mazan Fərəcova həvalə edilib.