Azərbaycanda "DONUZ QRİPİ”nin olduğu - AÇIQLANDI
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda H1N1 virusunun (donuz qripi) olduğunu açıqladı.
"BI" xəbər verir ki, bu gün Təşkilatın Bakıda keçirdiyi mətbuat konfransında bildirilib ki, Azərbaycanda 16 nəfər H1N1 virusuna yoluxub.
Bildirilib ki, kütləvi müayinələr aparılarsa bu virusa yoluxanların sayı daha da arta bilər.
- Eləcə də bax: Gəncədə 3 yaşlı uşağa “donuz qripi” diaqnozu qoyuldu
Xəstəlik epidemiya şəkilini alarsa Səhiyyə Nazirliyinin 3 klinikası mübarizəyə başlayacaqdır. Kütləvi olmadığı halda tədbirlərin görülməsi məqsədəuyğun sayılmır.