Əmanətlərdən vergi tutulması portfeli azaltdımı? – 3 aylıq nəticə
2023-cü ilin yanvar-mart ayları üzrə bankların depozit hesabları təhlil edilib. Azərbaycan Mərkəzi Bankı bu təhlillərə əsaslanaraq, fiziki şəxslərin əmanətlərinə tətbiq edilən vergi tələbinin vətəndaşların banklara depozit yerləşdirməsinə mənfi təsir etmədiyini bildirib.
ENA.az xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyevin sözlərinə görə, bu il fevral ayının 1-dən əmanətlərdən əldə edilən faiz gəlirlərinə vergi tələbi qüvvəyə minib.
“Bizim təhlillərimiz onu göstərir ki, həmin tələbə baxmayaraq fiziki şəxslərin həm ümumi əmanətlərində, həm də müddətli əmanətlərində həcmlər artım nümayiş etdirir. I rübün nəticələrinə və aprel ayının operativ nəticələrinə görə də bu artım dinamikası davam etməkdədir”.
Qeyd edək ki, bu ilin yanvar ayında fiziki şəxslərin depozitlərinin ümumi həcmi 11 milyard 686,8 milyon manat olub. Əmanətlərə tətbiq olunan vergi tələbindən sonra - martda bu rəqəm artaraq 11 milyard 719,5 milyon manata çatıb.