Sığorta

Rəşad Əhmədov: “Azərbaycanda avtomobil sığortası bazarının mənfəətliliyi 15-25 mln. manat civarındadır”

“Avtomobillərin icbari sığortası heç də deyildiyi kimi zərərli deyil”.

Bunu İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov deyib.

O bildirib ki, Azərbaycan avtomobil sığortası bazarının mənfəətliliyi 15-25 milyon manat civarındadır.

“Avtomobillərin icbari sığortası heç də deyildiyi kimi zərərli sığorta növü deyil. Sığorta şirkətləri bu növ üzrə kifayət qədər mənfəət əldə edə bilirlər. Avtomobillərin icbari sığortasını hazırda 12 sığorta şirkəti həyata keçirir. Hər sığorta şirkəti orta hesabla icbari avtosığortadan 1-2 milyon manat civarında mənfəət əldə edir. Bu isə normal göstəricidir” – İSB rəhbəri əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)