Bank

Ən çox hansı banka əhalinin borcu var? – RENKİNQ CƏDVƏLİ

Əhalinin telefon, məişət avadanlıqları və sair istehlak malları üçün borclanması yenidən artır. Tendensiya onu göstərir ki, digər bank məhsullarından fərqli olaraq daha yüksək mənfəət götürməyə imkan verən bu kredit portfeli sürətlə şişir.

ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə istehlak kreditlərinin verilməsi qaydalarında yenidən qismən sərtləşmələr gətirsə də bu borclanmanın həcmini azaltmır, rəqəmlər üzüyuxarı hərəkət edir.

Məsələ burasındadır ki, vətəndaşların kredit məhsuluna tələbini formalaşdıran amillərdən biri əhalinin gəlirlərinin onların istehlak xərclərini tam qarşılamağa yetməməsidirsə, ikincisi, real sektorda olan problemlər ucbatından bankların biznes kreditlərindən daha az riskli olan istehlaka yönəlməsidir.

 

Həmçinin iş yerlərinin və əmək haqqının rəsmiləşdirilməsi tələb artımını stimullaşdırır. Ən əsası isə insanlar pul yığıb nəyisə almağı gözləməkdənsə borclanmağı üstün tuturlar. Ədalət naminə demək lazımdır ki, burada bank sektorunda digər sahələrə nisbətən rəqabət mühitinin olması da müəyyən rola malikdir.

 

Göründüyü kimi, bu kreditləri verən banklar da, onları alan müştərilər də “xoşbəxtdirlər”. Sadəcə olaraq, bu kreditlərin iqtisadi dəyər yaratmaq effekti çox zəifdir. Ona görə də hökumət realsektora verilən kreditlərinin həcminin artmasında maraqlıdır.    

 

ENA.az olaraq əhalinin borclandığı bankların renkinq cədvəlini oxucularımıza təqdim edirik.     

 

1

Kapital Bank ASC

1833.2

2

ABB ASC

1047.6

3

Unibank KB ASC

578.9

4

Bank of Baku ASC

403.9

5

PAŞA Bank ASC

270.1

6

Bank Respublika ASC

230.8

7

Rabitəbank ASC

215.6

8

Xalq Bank ASC

215.5

9

AccessBank QSC

198.7

10

Azər Türk Bank ASC

174.4

11

Expressbank ASC

162.0

12

Yelo Bank ASC

150.2

13

TuranBank ASC

139.6

14

Bank VTB (Azərbaycan) ASC

71.8

15

Naxçıvanbank ASC

70.1

16

Yapı Kredi Bank Azərbaycan QSC

47.6

17

Muğanbank ASC

43.1

18

Bank BTB ASC

29.3

19

AFB Bank ASC

20.0

20

Bank Melli İran Bakı filialı

11.0

21

Bank Avrasiya ASC

10.3

22

Premium Bank ASC

7.0

23

Azərbaycan Sənaye Bankı ASC

5.9

24

Günay Bank ASC

3.9

25

Ziraat Bank Azərbaycan ASC

2.6

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department