"Edge" kompüter brauzerləri arasında populyarlığını itirir
"Edge" populyar kompüter brauzerləri siyahısında üçüncü yerə düşüb
Statcounter analitik şirkətinin hesabatına görə, sıralamada 11% bazar payı olan Microsoft Edge brauzerini 11,87%-lə "Safari" əvəzləyib.
Siyahıya hələ də öz payını bir qədər artıran və hazırda bazarın 66,13%-nə sahib olan "Google Chrome" başçılıq edir. Dördüncü və beşinci yerləri müvafiq olaraq "Firefox" (5,65%) və "Opera" (3,09%) tutur. Mobil bazarda da "Google Chrome" liderlik edir Ümumilikdə isə, bütün cihazlar üçün "Google Chrome" 63,51% payla birinci, "Safari" (20,43%) ikinci, "Edge" (4,96%) isə üçüncü yerdədir.