Aktivlərdə ən böyük artım “AccessBank”da ən böyük kiçilmə isə Azərbaycan Beynəlxalq Bankındadır
Azərbaycan banklarının aktivlərinin həcmi bu ilin yanvar-mart aylarında azalıb. İlin sonuna 47 milyard 54 min manat olan aktivlər 3 milyard manat azalıb və nəticədə 44 milyard 843 milyon manat təşkil edir.
Azalma Azərbaycanın dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının ötən üç ayda aktivlərinin 3 milyard manat kiçilməsi ilə bağlıdır.
Banklar arasında aktivlərin həcmindəki təmərküzləşmə isə artıb. Əgər 2022-ci ilin birinci rübündə aktivlərinin həcmi 1 milyard manata və bundan yuxarı olan TOP-7 bankın ümumi göstəricisi 31 milyard 403 milyon manat idisə, bu ilin birinci rübünün nəticələrinə görə, TOP-7 siyahısı üzrə cəmi 35 milyard 38 milyon manat aktivi əhatə edir. Bu artımda əsas lider isə ölkəmizdəki Avropa bankı olan AccessBank-dır. Bank 2022-ci ilin ilk rübündə 983 milyon manat aktivə malik idisə, bu ilin birinci rübündə 1 milyard 259 milyon manata yüksəldib.
Beləliklə, aktivlərin həcminə görə bankların reytinqi aşağıdakı kimidir.