Avtomobil

KİV: Hyundai Motor Rusiyakı zavodunu Qazaxıstan şirkətinə satmağa hazırlaşır

Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motor Rusiyadakı zavodunu satmağı və Rusiya bazarını tamamilə tərk etməyi düşünür

Məlumata görə, Hyundai Motor Rusiya aktivlərini Qazaxıstan şirkətlərindən birinə sata bilər.

Artıq Rusiya hakimiyyət orqanlarından sövdələşməni başa çatdırmaq üçün icazə gözlənildiyi deyilir. MBC kanalının məlumatına görə, avtomobil istehsalçısı Rusiyadakı aktivlərini geri almaq hüququnu özündə saxlayacaq. Gələcək sövdələşmənin məbləği isə açıqlanmayıb.

Hyundai Motor-un hansı şirkətlə razılaşdığı bilinməsə də, videoda telekanal Astana Motors-un loqosunu göstərib.

Şirkət özü aktivlərinin qaçılmaz satışı ilə bağlı məlumatı təsdiqləmir. "Satışla bağlı müzakirələr gedir, lakin heç bir qərar verilməyib", - Hyundai Motor-dan bildirib. Telekanal şirkətin aktivlərinin potensial alıcısı ilə bağlı şərh vermir.

Qeyd edək ki, avtomobil istehsalçısı 2022-ci ilin martında Rusiyadakı fəaliyyətini dayandırıb. Rusiyanın Hyundai Motor zavodu Sankt-Peterburqda yerləşir. İldə 200 min avtomobil istehsal edən zavodda 2,6 min nəfər işləyirdi. Şirkət daha əvvəl “Rusiya biznesinin gələcəyi üçün müxtəlif variantları nəzərdən keçirdiyini” bildirmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)