Gündəm

Serbiya Prezidenti xəstəxanaya yerləşdirilib

Serbiya Prezidenti Aleksandar Vuçiç xəstəxanaya yerləşdirilib.

Bu barədə B92 portalı müstəqil mənbəyə istinadən məlumat yayıb.

Vuçiçin nəyə görə xəstəxanaya yerləşdirildiyi və hazırda sağlıq durumunun necə olduğu açıqlanmayıb. Hələlik qurumlər tərəfindən rəsmi məlumat verilməyib.

59 yaşlı prezidentin 2019-cu ildə ürək-damar xəstəliyindən xəstəxanada yatdığı vurğulanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)