Gündəm

Akkuyu AES-in açılışı təxirə salındı

Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimi təxirə salınıb.

ENA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, tədbir saat 13:30-a planlaşdırılsa da, vaxt dəyişdirilərək saat 16:00-a təyin olunub.

Belə bir qərarın hansı səbəbdən qəbul olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin mərasimə onlayn formatda qoşulacağı bildirilirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)