Gündəm

Daha bir ölkə "Bayraktar" alır

Bayraktar TB2” pilotsuz uçuş aparatları Rumıniyaya verilib.

Bu barədə BAYKAR şirkətinin rəhbəri Haluk Bayraktar “Twitter“ hesabında paylaşım edib.

“Qarşılıqlı etimada, möhkəm dostluq əlaqələrinə əsaslanan Rumıniya yüksək texnologiyalı “Bayraktar TB2” PUA-larını inventarına götürən ölkələr siyahısına qoşuldu. İndiyədək 28 ölkə ilə ixrac müqaviləsi imzalamışıq”, – deyə paylaşımda qeyd olunub.

Bildirilib ki, bununla da şirkət 2 Aİ üzvü və 3 NATO ölkəsinə ixrac reallaşdırıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)